速報APP / 圖書與參考資源 / Gənc Ailələr Üçün Göstərişlər

Gənc Ailələr Üçün Göstərişlər

價格:免費

更新日期:2017-06-26

檔案大小:5.8M

目前版本:1.0

版本需求:Android 2.3.3 以上版本

官方網站:https://www.facebook.com/bygajiyev

Email:bygajiyev@my.com

聯絡地址:Azerbaijan, Ganja

Gənc Ailələr Üçün Göstərişlər(圖1)-速報App

Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir.

Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir.

Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.

Gənc Ailələr Üçün Göstərişlər(圖2)-速報App

Ailə - ər və xanımından, onların övladlarından ibarət olan ictimai-iqtisadi hüceyrədir. Sinfi cəmiyyətdə onun ən geniş yayılan forması monoqamiyadır. Nikahın formaları nikah cütünün birləşməsinin xarakteri mənasını verir.

Qızların qaçırılması – bu qızların və onların valideynlərinin razılığı və ya qeyri razılığı zamanı qaçırma yolu ilə bağlanan nikah formasıdır.

Ödəncli nigah – (kalım) – Adaxlının gəlinin əvəzində qızın ailəsinə ödənc verməsidir. İşləyib ödəmə əsasındakı nikah da buna aiddir.

Gənc Ailələr Üçün Göstərişlər(圖3)-速報App

Gəzmə nikah – nikahın elə bir formasıdır ki, bu zaman ər və xanımı ayrı-ayrı nəsillərdə yaşayır və yaxud ər xanımının evində deyil, kişilər üçün nəzərdə tutulmuş xüsusi evlərdə yaşamasıdır.

Heterizm – (yunanca “ketayra”-məşuqə) də qrup nikahının qalığıdır. Nikah yolu ilə bir kişiyə bağlı olan qadın başqa bir kişi ilə cinsi əlaqəyə girərsə bu heterizmdir. Başqa sözlə, qadın onunla nikah əlaqəsinə girə biləcək bütün kişilərə mənsub idi.

Qonaqpərvər heterizm – qrup nigahının bir formasıdır. Bu vaxt ərlə eyni bir sinfə, nəslə, yaş sinfinə daxil olan qonaq onun arvadı ilə yaşamaq hüququna malik olurdu. Sinifsiz cəmiyyətin bütün dövrlərində ən geniş yayılan qrup nikahı forması idi. Bu vaxt bir qrup kişilər və qadınlar müvəqqəti və ya daimi olaraq bir-birinin ərləri və xanımı hesab olunurdular. Lakin ciddi bir tərzdə ekzoqamiyaya riayət olunurdu. Qrup nigahının qalıqlarına sinfi cəmiyyətlərdə də, hətta Asiya, Afrika və Okeaniyanın müasir xalqlarının bəzilərində bu günə qədər təsadüf olunmaqdadır.

Gənc Ailələr Üçün Göstərişlər(圖4)-速報App

Qədim Romadakı saturnaliya qrup nigahının tipik qalığı sayılır. Saturunun şərəfinə keçirilən məhsul bayramı günlərində müxtəlif nəsillərdən olan kişi və qadınlar arasında müvəqqəti olaraq cinsi əlaqələrə yol verilirdi. Asiyadakı müasir myao-yao xalqları da ay rəqsləri zamanı xüsusi cinsi münasibətlərdə olurlar ki, bunlar da tamamilə saturnaliyaya bənzəyir.

Ailənin biologiya və sosiologiya elmləri barəsində çox mühüm vəzifələri vardır: "İnsan" növünün özünü yenidən hasil etməsi üçün ailə müəssisəsinə ehtiyacının olması ixtilaflıdır. Ancaq bir ailənin təşəkkül olması üçün biologiya baxımından qadının məhsuldarlığı və kişinin döllənmə gücünün olması lazımdır. Evli bir qadın-kişi cütünün uşaqları olmayanda əcnəbi bir uşağını övladlığa götürməsi bunun istisnasıdır. Ailənin xüsusiyyətləri neçə nəsillərin bir yerdə yaşadığına görə də fərqlənir. Ona görə çox nəsilli ev həyatı ya çox nəsilli ailədən söz gedir. Özünü yenidən hasil etmək, nəsillərin həyat verərək saxlanması vəzifəsi üçündür. Bu barədə ailənin bağları bir cəmiyyətinin saxlanması və çoxalması üçün çox mühümdür.

Müasir cəmiyyətlərdə ailənin siyasi, dini, iqtisadi və təlimlə əlaqəli vəzifələr qismən başqa ictimai müəssisələrə (m.ü. dövlət hakimiyyətləri, sığorta müəssisələri, təhsil müəssisələri, idman cəmiyyətləri kimi) aparılar və ailənin gündəliyində əhəmiyyətini itirər.

Gənc Ailələr Üçün Göstərişlər(圖5)-速報App

Qadın

Kişi

Uşaq

Gənc Ailələr Üçün Göstərişlər(圖6)-速報App

Nigah

Ailə

Gənc Ailə ByGajiyev Azərbaycan

Gənc Ailələr Üçün Göstərişlər(圖7)-速報App